...

Yunan-Roma güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaqlar

İdman Materials 13 May 2016 12:19 (UTC +04:00)
19-20 may 2016-cı il tarixdə İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.
Yunan-Roma güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaqlar

Bakı. Trend:

19-20 may 2016-cı il tarixdə İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.

Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında 12 güləşçimiz Şiraza yollanacaq. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 98 kq) və Oyan Nəzəriani (130 kq) təmsil edəcəklər.

Yarışın proqramına əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti