...

Felipe Massa: Formula 1-in təvqimində Bakının olması əladır

İdman Materials 16 İyun 2016 15:41 (UTC +04:00)
Bakıda çox maraqlı şəhər trası var.
Felipe Massa: Formula 1-in təvqimində Bakının olması əladır

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda çox maraqlı şəhər trası var. Bunu Trend-ə "Formula 1" Avropa Qran Prisi çərçivəsində yarışacaq "Uilyams" komandasının pilotu Felipe Massa deyib.

Pilotun sözlərinə görə, trasla tanış olmağa macal tapıb və hesab edir ki, o, Monako, Soçi və Montse traslarına bənzəyir: "Tras çox maraqlıdır və hələ aydın deyil ki, ondan nə gözləmək olar. Ümumilikdə, yarış maraqlı olacaq.

F.Massa qeyd edib ki, Bakı ilə tanış olmağa hələ vaxtı olmayıb, lakin şəhərdən ilk təəssüratları yaxşı olub: "Burada çox mehriban və gülərüz insanlar var. Formula 1-in təvqimində belə şəhərin olması əladır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti