...

Bakıda Formula 1-in yarış həyəcanı davam edir (FOTO)

İdman Materials 18 İyun 2016 13:07 (UTC +04:00)
Bakıda "Formula 1" Avropa Qran Prisinın yarış həyəcanı bu gün də davam edir.
Bakıda Formula 1-in yarış həyəcanı davam edir (FOTO)

Bakı. Trend:

Bakıda "Formula 1" Avropa Qran Prisinın yarış həyəcanı bu gün də davam edir.

Trend bu xoş həyəcanı əks etdirən fotoları təqdim edir.

Qeyd edək ki, ötən gün Bakıda “Formula 1” Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti