...

İspaniyalı məşqçi "Neftçi"də

İdman Materials 21 İyun 2016 19:17 (UTC +04:00)
"Neftçi" futbol klubu Fransisko Navarro ilə müqavilə imzalayıb.
İspaniyalı məşqçi "Neftçi"də

Bakı. Trend:

"Neftçi" futbol klubu ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.

Trend klubun saytına istinadən məlumat verir ki, 1989-1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış mütəxəssis 1995/96-cı illər mövsümündə "Rekreativo” klubunda çalışıb. 1999-2002-ci illərdə "Albasete” klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi 2005-2007-ci illərdə "Deportivo”nun uğurları üçün çalışıb. 2007-ci ildə "Atletik” (Bilbao) klubuna gəlmiş F.Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.

Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış ediblər. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi F.Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspan mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti