Bakı. Trend:
Bakı Şahmat Olimpiadasına Qəbələdə hazırlaşan Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov mötəbər yarışla bağlı fikirlərini bildirib.
Trend-in məlumatına görə, Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster olimpiadada medal qazanmağı arzuladığını bildirib: "Ölkəmizdə şahmat çox sevilir. Ona görə də bizi dəstəksiz qoymayacaqlarına inanırıq. Ümid edirəm nəhayət biz olimpiadada medal qazanacağıq".
Qeyd edək ki, Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.