...

Mariana Vasileva gimnastlarımızın çıxışından razıdır

İdman Materials 24 İyul 2016 16:31 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva azərbaycanlı idmançıların çıxışından razıdır.
Mariana Vasileva gimnastlarımızın çıxışından razıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva azərbaycanlı idmançıların çıxışından razıdır.

Baş məşqçi Trend-ə bildirib: “Marina Durunda bizi sevindirdi, düzdür, həmişə olduğu kimi, son anda. Təəssüf ki, bu, ənənə halını almağa başlayır. O, həmçinin Avropa Oyunlarında, Minskdəki Avropa çempionatında da belə edib. Amma ən önəmlisi odur ki, o bizi sevindirdi. O, bəzi səhvlərə yol verib, ancaq mən buna şadam, çünki həmin səhvləri Olimpiya Oyunlarında etməkdənsə, burada etmək daha yaxşıdır”.

M.Vasileva, həmçinin qeyd edib ki, digər Azərbaycan gimnastı Jalə Piriyevanın da çıxışından çox razıdır:

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

“Jalədən son dərəcə razıyam, çünki o, çox gənc gimnastdır. Demək olar ki, bu onun senior proqramı ilə ilk ilidir və üç hərəkəti gözəl icra edərək məni çox sevindirdi. Lakin dördüncü çıxışda kiçik səhvə yol verdi. O, ilk dəfə dünya renkinqinə düşəcək, buna görə onu yalnız təbrik edə bilərəm”.

Azərbaycan gimnastlarının qrup çıxışlarına gəlincə, baş məşqçi qeyd edib ki, onlar ilk dəfə 18,1 bal toplayırlar: “Hesab edirəm ki, onlar belə qiyməti layiqincə qazanıblar. Düşünürəm ki, bu göstərici onlara kömək edəcək və özlərinə inamları artacaq. Onlara mane olan yeganə məqam liderlər arasında ola biləcəklərinə inanmamaları idi. Lakin düşünürəm ki, bugünkü qiymət onlara buna layiq olduqlarını göstərəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti