...

"Neftçi"dən antirekord

İdman Materials 26 Dekabr 2016 12:52 (UTC +04:00)
“Neftçi” Azərbaycan kubokunda yubiley məğlubiyyətini alıb.
"Neftçi"dən antirekord

Bakı. Trend:

“Neftçi” Azərbaycan kubokunda yubiley məğlubiyyətini alıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, 1/4 final mərhələsinin “Zirə” ilə cavab qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyət Bakı klubunun tarixində bu yarışdakı 30-cu uğursuzluq olub.

1992-ci ildə debüt etdiyi turnirdə 148 matç keçirən paytaxt təmsilçisi hamıdan çox – 86 qələbə qazanıb, ən çox da – 32 dəfə heç-heçə edib.

Bakılılar bu qarşılaşmalarda 244 qol vurub, qapısından 94 top buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti