...

Bakı Şəhər Halqası Beynəlxalq Avtoidman Sərgisində təmsil olunur (FOTO)

İdman Materials 13 Yanvar 2017 19:18 (UTC +04:00)
Şirkət dünyanın ən məşhur avtoidman sərgisində ilk dəfə açdığı stenddə ziyarətçilərə Azərbaycanda keçiriləcək yarışa bilet qazanmaqla yanaşı simulyator vasitəsilə yarışmaq imkanını təklif edir.
Bakı Şəhər Halqası Beynəlxalq Avtoidman Sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

Formula 1 yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti dünyanın ən məşhur avtoidman sərgisində ilk dəfə açdığı stenddə ziyarətçilərə Azərbaycanda keçiriləcək yarışa bilet qazanmaqla yanaşı simulyator vasitəsilə yarışmaq imkanını təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 12-15 yanvar tarixlərində İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 27-ci Beynəlxalq Avtoidman Sərgisində ilk dəfə stend açacaq. Formula 1 mövsümü öncəsi keçirilən bu sərgidə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı avtoidman və avtomobil sahələri ilə əlaqədar son yeniliklər ziyarətçilərə təqdim olunacaq.

Hazırda 30 %-dək endirimli qiymətlərlə 2017 Formula 1 Azərbaycan Qran Prisinə dördgünlük biletlərin satışı davam edir. Bakı Şəhər Halqasının stendinə gələnlər burada həm Formula 1 təqvimində yer alan ən yeni yarışla bağlı məlumat ala biləcəklər, həm də onlar üçün quraşdırılmış simulyator vasitəsilə Formula 1-in ən sürətli şəhər trekində öz sürücülük bacarıqlarını nümayiş etdirə və yarış həyəcanını yaşaya biləcəklər. Eyni zamanda, stenddə lotereya oynanılacaq və uduş qazanan ziyarətçiyə 23-25 iyun tarixlərində Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün iki nəfərlik səyahət və yarış biletləri veriləcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkəti nümayəndələrinin Beynəlxalq Avtoidman Sərgisinə ilk səfərini belə şərh edib: “Bu həftəsonu Beynəlxalq Avtoidman Sərgisinə səfər etmək və orada coşğulu avtoidman auditoriyasına möhtəşəm şəhərimizi və Bakı trekini təqdim etmək imkanına sahib olduğumuz üçün çox şadıq. Bildiyiniz kimi, artıq yarışın adı bu ildən etibarən ölkəmizin adı ilə bir hallanacaq və biz mümkün olduqca daha çox insana Azərbaycanı və Bakı Şəhər Halqasını tanıtmağa çalışacağıq. Bakıya gələn azarkeşlər sadəcə ən sürətli şəhər trekində dünyanın ən məşhur sürücülərinin gərgin mübarizəsinə şahid olmayacaqlar, həm də onlar müasirliyi və gözəlliyi ilə yaşından və mədəniyyətindən asılı olmayaraq hamının diqqətini özünə cəlb edən Bakı şəhərinin müasir və tarixi ənənəsi ilə yaxından tanış ola biləcəklər.”

Daha ətraflı məlumatı [email protected] elektron poçt ünvanına yazaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti