...

AZAL antirekordu təkrarladı

İdman Materials 11 Aprel 2017 15:25 (UTC +04:00)
“Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.
AZAL antirekordu təkrarladı

Bakı. Trend:

Premyer Liqanın 25-ci turunda “Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, 1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb. Belə ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb. Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb.

2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti