...

Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

İdman Materials 30 Aprel 2017 14:33 (UTC +04:00)
"Bu gün Azərbaycan yığmasına dəstək verməyə gəlmişəm və əminəm ki, bizim komandamız mükafat qazanacaq".
Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynəlova - Trend:

"Bu gün Azərbaycan yığmasına dəstək verməyə gəlmişəm və əminəm ki, bizim komandamız mükafat qazanacaq".

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçısı Liliya Tsurkova deyib.

L.Tsurkova ötən gün Azərbaycanın gənc gimnastı Zöhrə Ağamirovanın fərdi hərəkətlərdə çıxışını da çox bəyəndiyini bildirib.

Azarkeş Azərbaycanda gimnastikanın daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: "Azərbaycandan daha çox gimnastı görmək istərdim. Azərbaycan gənclərinin idmanın bu növünə cəlb edilməsi istiqamətində işi davam etdirmək lazımdır".

Yarışların təşkilatçılıq səviyyəsinin yüksək olduğunu deyən L.Tsurkova qeyd edib ki, turnirin biletlərinin qiyməti də çox münasibdir:

"Hər idmançının çıxışını milli musiqi ilə qarşılamaq ideyası çox gözəldir. Şadam ki, Bakıda belə irimiqyaslı yarışlar keçirilir".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti