...

Gimnast: Bakıda keçirilən Dünya Kuboku Avropa çempionatına yaxşı hazırlıq oldu

İdman Materials 30 Aprel 2017 16:01 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku Avropa çempionatı ərəfəsində yaxşı hazırlıq oldu.
Gimnast: Bakıda keçirilən Dünya Kuboku Avropa çempionatına yaxşı hazırlıq oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku Avropa çempionatı ərəfəsində yaxşı hazırlıq oldu.

Bunu Trend-ə gürzlərlə hərəkətlər üzrə yarışlar qalibi Viktoriya Vaynberq-Filanovski deyib.

O qeyd edib: "Burada çıxış etmək son dərəcə xoşuma gəldi. Azarkeşlər, təşkilatçılıq, zal - hər şey çox gözəl idi. Mən heç yerdə gimnastlar üçün, yarışlara hazırlıq üçün belə şərait görməmişəm. Ümumiyyətlə, ab-hava çox gözəldir".

İsrailli gimnast Bakıda üçüncü dəfə olduğunu, bundan əvvəl Azərbaycan paytaxtına Avropa Oyunlarında və Avropa çempionatında iştirak etmək üçün gəldiyini bildirib.

V.Vaynberq-Filanovski müəyyən səhvlərə yol versə də, ümumilikdə yaxşı çıxış etdiyini bildirib: "Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Bu gün qazandığım medal Dünya kuboklarında ilk mükafatım idi".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti