Bakı. Trend:
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.
Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.
“Bakı Kristal Zal”da keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.
12 may
+91 kq
1/4 final
Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)
13 may
52 kq
1/8 final
Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)
75 kq
1/8 final
Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)
81 kq
1/8 final
Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)
14 may
60 kq
1/4 final
Cavid Çələbiyev – Yoel Volliamson (Qayana) / Hakan Doğan (Türkiyə)
69 kq
1/8 final
Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)
91 kq
1/4 final
Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)
15 may
49 kq
1/4 final
Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)
56 kq
1/4 final
Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)
16 may
64 kq
1/4 final
Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)