...

Bakı-2017: İdman gimnastlarımızdan 2 medal

İdman Materials 15 May 2017 18:16 (UTC +04:00)
Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb.
Bakı-2017: İdman gimnastlarımızdan 2 medal

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb.

Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal.

Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti