...

Milad Beygi Harçeqani: Qazandığım qələbəni ilk növbədə özümə həsr edirəm

İdman Materials 18 May 2017 01:56 (UTC +04:00)
Qazandığım qələbəni, çəkdiyim əziyyətlərin əvəzi olaraq, ilk növbədə özümə həsr edirəm
Milad Beygi Harçeqani: Qazandığım qələbəni ilk növbədə özümə həsr edirəm

Bakı. Trend:

Qazandığım qələbəni, çəkdiyim əziyyətlərin əvəzi olaraq, ilk növbədə özümə həsr edirəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Azərbaycan idmançısı Milad Beygi Harçeqani deyib.

Taekvandoçu qeyd edib ki, döyüşlər çətin olsada o, qalib gəlməyi bacarıb: "Zədələr çox olduğundan görüşlər biraz çətin keçdi. Dünya Çempionatına hazırlaşdığıma görə, döyüşlərim çox olur. Şükür mən qalib gəldim. Rəqiblərimin hamısı güclü idi", - idmançı deyib.

Hаrçeqani əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində hər idman növü üzrə yarışlar yüksək səviyyədə keçirilir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti