...

Bakı-2017: Paralimpiyaçılarımızdan qızıl və gümüş medallar

İdman Materials 18 May 2017 18:09 (UTC +04:00)
Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər.
Bakı-2017: Paralimpiyaçılarımızdan qızıl və gümüş medallar

Bakı. Trend:

Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər.

Trend-in məlumatına görə, paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub.

İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti