...

Uşu yarışında idmançılarımızın uğurlu çıxışları davam edir

İdman Materials 20 May 2017 21:20 (UTC +04:00)
Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışının birinci günündə idmançılarımızdan daha ikisi yarımfinala vəsiqə qazanıb
Uşu yarışında idmançılarımızın uğurlu çıxışları davam edir

Bakı. Trend:

Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışının birinci günündə idmançılarımızdan daha ikisi yarımfinala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, Ruslan Pirəliyev (60 kq) dörddəbir finalda pakistanlı Abdullah Abdullahı 2:1 hesabı ilə məğlub edib.

Altmış beş kiloqram çəki dərəcəsində yarışan Bayram Şəmmədov isə iordaniyalı Yazid Hasanaini sınağa çəkib. Bu görüşdən 2:0 hesabı ilə qalib ayrılan döyüşçümüz medallar uğrunda mübarizəsini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti