...

Tamblinqçilərimizin Açıq Rusiya turnirində uğurlu çıxışı - 7 medal

İdman Materials 12 İyul 2017 11:18 (UTC +04:00)
Ötən həftə tamblinq üzrə yığma komandamızın üzvləri Krasnodar və Stavropolda keçirilmiş Açıq Rusiya turnirində iştirak ediblər.
Tamblinqçilərimizin Açıq Rusiya turnirində uğurlu çıxışı - 7 medal

Bakı. Trend:

Ötən həftə tamblinq üzrə yığma komandamızın üzvləri Krasnodar və Stavropolda keçirilmiş Açıq Rusiya turnirində iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlardan öncə məhz elə Stavropolda təlim-məşq toplanışı keçən gimnastlarımız əldə etdikləri yeni təcrübədən də bəhrələnərək, qatıldıqları turnirdə uğur qazanmağa müvəffəq olublar. Belə ki, böyüklər arasında yarışan gimnastlarımızdan Mixail Malkin bütün rəqiblərini üstələyərək qızıl medala sahiblənib. Fərid Mustafayev isə 2001-2002-ci il təvəllüdlü gimnastlar arasında bürünc medal əldə edib. Digər tamblinqçimiz Tofiq Əliyev isə öz yaş qrupunda (2003-2004-cü il) fərqlənərək, 1 qızıl və 1 gümüş medal qazanıb. 2005-2006-ci il təvəllüdlü gimnastlar arasında mübarizə aparan təmsilçimiz Adil Hacızadə də yarışları 1 qızıl və 1 gümüş medalla bitirib.

Turnirdə çıxış edən gimnastlarımız arasında yeganə xanım təmsilçimiz Zeynəb Qasımlı da öz komanda yoldaşlarından geri qalmayıb. O, 11-12 yaş qrupunda yer almış gimnastlarla mübarizə aparaq, turnirin gümüş medalına sahiblənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti