...

Atıcılıq üzrə Avropa çempionatında son oyunun qalibi müəyyənləşdi

İdman Materials 3 Avqust 2017 17:52 (UTC +04:00)
İqor Kizima 387 xal toplayaraq qızıl medal qazanıb.
Atıcılıq üzrə Avropa çempionatında son oyunun qalibi müəyyənləşdi

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb.

Trend-in məlumatına görə, atıcılıq üzrə Avropa çempionatında 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişi yeniyetmələr arasında yarışın qalibi Ukrayna təmsilçisi olub. Belə ki, İqor Kizima 387 xal toplayaraq qızıl medal qazanıb.

İsveçrəli atıcı Berqstroem Andreas isə 379 xalla gümüş medala yiyələnib.

Rusiya təmsilçisi Valeri Davidov 378 xal toplayaraq bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti