...

Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi

İdman Materials 18 Avqust 2017 17:03 (UTC +04:00)
Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib
Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi

Bakı. Trend:

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. “Bakcell Arena”da UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan - San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Azərbaycan - San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər "28 Mall" Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti