...

"Qarabağ" - "Roma" oyununda anşlaq ola bilər

İdman Materials 12 Sentyabr 2017 12:40 (UTC +04:00)
"Qarabağ" - "Roma" oyununa bilet satışı davam edir.
"Qarabağ" - "Roma" oyununda anşlaq ola bilər

Bakı. Trend:

Sentyabrın 27-də Bakıda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" oyununa bilet satışı davam edir.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutacaq matça artıq 40 mindən çox bilet satılıb.

Azarkeşlər biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

"Asan xidmət" mərkəzləri, Heydər Əliyev Sarayının kassası, "28 Mall", "Gənclik Mall", "Park Bulvar" (Qarabağ FK Fanshop), M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç., 69x (Hökumət evinin arxası)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti