...

"Qarabağ" Londondan əliboş qayıdır (YENİLƏNİB)

İdman Materials 13 Sentyabr 2017 00:41 (UTC +04:00)
Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında debüt edib.
"Qarabağ" Londondan əliboş qayıdır (YENİLƏNİB)

Trend-i buradan izləyin

İlk xəbər 12 sentyabr saat 22:45-də yayılıb

Bakı. Trend:

Bu gün Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında debüt edib.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində ilk oyununu Londonda “Çelsi” komandasına qarşı keçirib.

Oyun 6:0 hesabı ilə London təmsilçisinin xeyrinə bitib.

Qolları ev sahiblərində 5-ci dəqiqədə Pedro, 30-cu dəqiqədə Zappakosta, 55-ci dəqiqədə Azpilikueta, 71-ci dəqiqədə Bakayoko, 76-cı dəqiqədə Batşuayi vurub. 82-ci dəqiqədə Maksim Medvedev avtoqola imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti