...

AÇ-2017: Voleybol millimiz yarımfinala yüksəldi - FOTOSESSİYA

İdman Materials 29 Sentyabr 2017 19:26 (UTC +04:00)
Azərbaycan millisi Bakıda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatında növbəti oyununu keçirib.
AÇ-2017: Voleybol millimiz yarımfinala yüksəldi - FOTOSESSİYA

Bakı. Trend:

Azərbaycan millisi Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı çərçivəsində növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, 1/4 finalda Almaniyadan olan rəqibləri ilə qarşılaşan voleybolçularımız ilk setdə inamlı oyun nümayiş etdiriblər - 25:20.

İkinci set də millimizin üstünlüyü ilə başa çatıb - 25:18.

Alman idmançılar üçüncü setdə də təmsilçilərimizlə bacara bilməyiblər - 25:21 (3:0).

Beləliklə, yığmamız Avropa çempionatının yarımfinalına yüksəlib. Millimiz sabah Niderlandla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti