...

"İnter" "Qarabağ"la bacarmadı - Son 5 dəqiqədə (VİDEO)

İdman Materials 13 Oktyabr 2017 17:53 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının 8-ci turuna start verilib.
"İnter" "Qarabağ"la bacarmadı - Son 5 dəqiqədə (VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyunda "İnter" "Qarabağ"ı qəbul edib.

Matçın favoriti Ağdam təmsilçisi olsa da, bakılılar düz 85 dəqiqə qapılarını toxunulmaz saxlaya biliblər. Lakin 85-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Dino Ndlovu hesabı açıb.

Oyunun artırılmış əlavə vaxtda - 90+2-ci dəqiqədə D.Ndlovu yekun nəticəni müəyyən edib - 0:2.

Beləliklə, "Qarabağ" 7 oyundan 19 xalla turnir cədvəlində 1-ci sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti