Bakı. Trend:
"Neftçi” PFK iki futbolçusu – İqnasio Errera və Uqo Barqas ilə müqavilənin müddətini artırıb.
Trend-in məlumatına görə, bu gün hər iki futbolçu cari mövsümün sonunadək olan anlaşmanı imzalayıblar.
Həm İ.Errera, həm də U.Barqasla bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabr ayında sona çatırdı.