...

"Neftçi" futbolçusu ilə müqavilənin müddətini artırdı

İdman Materials 1 Noyabr 2017 17:53 (UTC +04:00)
24 yaşlı yarımmüdafiəçi bu gün 2018/2019 mövsümünün sonunadək olan anlaşmanı imzalayıb.
"Neftçi" futbolçusu ilə müqavilənin müddətini artırdı

Bakı. Trend:

"Neftçi" PFK futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvar ayında bitən müqavilənin müddətini artırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, 24 yaşlı yarımmüdafiəçi bu gün 2018/2019 mövsümünün sonunadək olan anlaşmanı imzalayıb.

Qeyd edək ki, R.Hacıyev 2015-ci ildən "Neftçi"də çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti