...

Konstitusiya Gününə həsr olunmuş tennis üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)

İdman Materials 10 Noyabr 2017 18:41 (UTC +04:00)
Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Konstitusiya Gününə həsr olunmuş tennis üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)

Bakı. Trend:

Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı 100-dən çox tennisçi iştirak edib.

Qaliblərə və onların məşqçilərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, pul mükafatı və hədiyyələri təqdim olunub. Federasiyanın vitse prezidenti Fazil Məmmədov qalibləri təbrik edib.

Turnirin qalibləri:

Şəxsi kateqoriyada

Qızlar arasında:

I yer – Aslanova Arzu

II yer – Dadaşova Mehriban

III yer – Mahmudova Nigar

Nurmətova Mərziyə

Oğlanlar arasında:

I yer – Əhmədzadə Adil

II yer - Becanov Xaliq

III yer – Eylazov Hüseyn

Məmmədbəyov Hacımurad

Məqalədə:
Xəbər lenti

Xəbər lenti