...

4 gimnastika növü üzrə Azərbaycan çempionatlarının və Bakı birinciliklərinin sonuncu gününün qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 26 Noyabr 2017 23:53
Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi sonuncu, yəni dördüncü günü keçirilib
4 gimnastika növü üzrə Azərbaycan çempionatlarının və Bakı birinciliklərinin sonuncu gününün qalibləri müəyyənləşib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi sonuncu, yəni dördüncü günü keçirilib.

Yarışların 4-cü günündə yarışlara bədii gimnastika nümayəndələri və batutçular çıxıblar.

Bədii gimnastikada çoxnövçülükdə 2007-ci il təvəllüdlü uşaqlar arasında Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibi Kamilla Seyidzadə olub. İkinci yerdə Mədinə Dəəmirova, üçüncü yedə isə Mehriban Abdullayeva qərarlaşıblar.

2008-ci il təvəllüdlü uşaqlar arasında birinci yeri Nərmin Bayramova qazanıb. İkinci yerə Məryəm İonis, üçüncü yerə isə Leyli İsmaylova layiq görüülüblər. 2009-cu il təvvəlüdlü uşaqların çıxışları Məryəm Əliyevanın qələbəsi isə yekunlaşıb. Gümüş medalı Ayan Sadıqova, bürünc medalı isə Gövhər İbrahimova qazanıblar.

Yuniorlar arasında qələbəni Arzu Cəlilova bayram edib. Gümüş medala Ləman Əlimuradova, bürünc medala isə Darya Farşbafşəhriyari layiq görülüblər.

Batut gimnastikası üzrə yarışlarda körpələr yaş kateqoriyasında kişilər arasında qızıl medalı Ammar Bəxşəliyev qazanıb. İkinci yerə Rauf Mikayıllı, üçüncü yerə isə Fürqan Musayev latiq görülüblər. Körpələr yaş kateqoriyasında qadınlar arasında qələbəni Kseniya Kuznetsova bayram edib. Gümüş medalı Nuriyyə Əliyeva, bürünc medalı isə Məryəm Mehrəliyeva qazanıblar.

Uşaqalar yaş kateqoriyasında kişilər arasında qızıl medalı İbrahm Mustafazadə, gümüş medalı Əli Niftəliyev, bürünc medalı isə Polad Xasbilatov qazanıblar. Uşaqalar yaş kateqoriyasında qadınlar arasında isə qızıl medalı Mariya Koleva, gümüş medalı Ləman Rzayeva, bürünc medalı isə Aylin Nəzərova qazanıblar.

Xəbər lenti

Xəbər lenti