...

Yığmamız Rusiyaya məğlub oldu

İdman Materials 4 Dekabr 2017 18:53 (UTC +04:00)

Bakı. Trend:

İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.

Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl millimiz İran yığması ilə 3:3 hesablı bərabərə qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti