...

"Maçester Siti" premyer liqada ardıcıl 16-cı qələbəsini qazanıb

İdman Materials 17 Dekabr 2017 00:39 (UTC +04:00)
"Mançester Siti" dekabrın 16-da İngiıtərə Premyer Liqasının 18-ci turunda doğma meydanda London təmsilçisi "Tottenhemi" 4-1 hesabı ilə məğlub edərək ardıcıl 16-cı qələbəsini qazanıb
"Maçester Siti" premyer liqada ardıcıl 16-cı qələbəsini qazanıb

Bakı. Trend:

"Mançester Siti" dekabrın 16-da İngiıtərə Premyer Liqasının 18-ci turunda doğma meydanda London təmsilçisi "Tottenhemi" 4-1 hesabı ilə məğlub edərək ardıcıl 16-cı qələbəsini qazanıb.

Trend-in məlumatına görə, oyunun 14-cü dəqiqəsində İlkay Gündoğan "Tottenhemin" qapısına yol tapıb: 1-0. Oyunun sonuna doğru təzyiqi daha da artıran "Maneçester Siti" 70-ci dəqiqədə Kevin de Bruynenin qolu ilə fərqi artırıb - 2:0. Oyunun 80-ci və 90-cı dəqiqələrində Mançester təmsilçisinin hücumçusu Rahim Sterlinq dub edib - 4:0. Oyunda son nöqtəni "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen qoyub - 4:1.

Beləliklə, "Mançester Siti" 52 xalla çempionatda liderliyini uğurla davam etdirir. Onların ən yaxın izləyicisi "Mançester Yunaytedin" aktivində isə 38 xal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti