...

Makedoniyalı futbolçu "Zirə"də

İdman Materials 8 Fevral 2018 15:14 (UTC +04:00)
“Zirə” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Makedoniyalı futbolçu "Zirə"də

Bakı. Trend:

“Zirə” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.

Trend-in məlumatına görə, komanda makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, bundan əvvəl komanda Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 23 yaşlı hücumçu cari mövsümün sonuna kimi “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən futbolçu ilə icarə müqaviləsini artırmaq və ya birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. J.Uilyams komandamızda 29 nömrəli forma ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti