...

Paytaxt məktəblisi Avropa çempionatında ikinci oldu

İdman Materials 16 Fevral 2018 10:26
Paytaxt məktəblisi ciu–citsu idman növü üzrə Rusiyada keçirilən açıq Avropa çempionatında II yerə çıxıb.
Paytaxt məktəblisi Avropa çempionatında ikinci oldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxt məktəblisi ciu–citsu idman növü üzrə Rusiyada keçirilən açıq Avropa çempionatında II yerə çıxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin tabeliyində fəaliyyət göstərən 278 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Xəqani Mürsəlov 50 kiloqram çəki dərəcəsində rəqibləri üzərində qələbə qazanıb.

Qeyd edək ki, 2015-ci ildən ciu-citsu ilə məşğul olan X.Mürsəlov həm ölkə, həm də beynəlxalq səviyyəli idman turnirlərinə qatılıb. Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışlarda yüksək yerlər tutan məktəbli, ümumilikdə, 32 yarışda 20 qızıl, 9 gümüş və 3 bürünc medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti