...

Azərbaycanlı gimnast yeniyetmələr arasında Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb (FOTO)

İdman Materials 17 Fevral 2018 12:53 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnast Dərya Farşbafşəhriyari bu il Buenos-Ayresdə keçiriləcək yeniyenetmələr arasında III Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, gimnast Moskva qran-prisi beynəlxalq turnirində 53.500 xal yığaraq 14-cü yer tutub.

Qeyd edək ki, qran-pri yarışlarnda Avropanın bir sıra ölkəsindən 50-dən çox idmançı iştirak edib. Onlardan 18 nəfəri yenieyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Turnirdə birinci yeri Anastasiya Sergeyeva (62.300 xal), ikinci yeri Kristina Poqraniçnaya (61.150) və Viktoriya Onopriyenko (60.200 xal) tutub.

Qalibləri Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti