...

"Azərkosmos" və "Optimal" Biznes-liqanın yeni iştirakçılarıdır

İdman Materials 28 Mart 2018 12:54 (UTC +04:00)
Hər bir kollektivin uğurlu fəaliyyətində əsas amillərdən biri komanda ruhunun olmasıdır.
"Azərkosmos" və "Optimal" Biznes-liqanın yeni iştirakçılarıdır

Bakı. Trend:

Hər bir kollektivin uğurlu fəaliyyətində əsas amillərdən biri komanda ruhunun olmasıdır.

Trend-in məlumatına görə, məhz bu məqsədlə "Azərkosmos""Optimal" şirkətinin ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi ABL Cup 2017/18 Yaz turnirində iştiraklarını təsdiqləyib.

Komandalara, 32 şirkətin iştirak edəcəyi mübarizədə uğurlar arzu edirik.

Qeyd edək ki, ABL Cup 2017/18 Yaz kuboku 7 aprel tarixində start götürür. Turnirin ən maraqlı məqamlarını qaçırmamaq üçün, turnirin rəsmi səhifəsini www.abl.az-da izləməyi unutmayın.

Yarışda iştirak üçün yerlərin sayı məhduddur. Daha ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az , eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti