...

İlya Qrişunin: Avropa çempionatında mənim hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır

İdman Materials 13 Aprel 2018 13:32 (UTC +04:00)
Bakıda keçirilən Avropa çempionatında mənim fərdi hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır.
İlya Qrişunin: Avropa çempionatında mənim hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən Avropa çempionatında mənim fərdi hədəfim fəxri kürsüdə mümkün qədər yüksək yer tutmaqdır.

Bunu Trend-ə Azərbaycan gimnastı İlya Qrişunin deyib.

O bildirib ki, yarışlara 3 ay hazırlaşıb: “Mənim hədəfim fərdi yarışlarda mümkün qədər yüksək yer tutmaqdır. Mənim üçün bu ilk üçlükdəki yerdir. Ağır olmasına baxmayaraq mən bunu etməyə çalışacağam”.

Gimnast əlavə edib ki, 2016-cı ildə keçirilmiş Avropa çempionatında uğurla çıxış etmək alınmayıb:

“O zaman sinxron hərəkətlərdə finala çıxmışdıq. Bu dəfə isə həm sinxron hərəkətlərdə, həm də fərdi proqramda yüksək nəticə əldə etmə istəyirəm”.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının ikinci gününə start verilib.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Tofiq Əliyev, Fərid Mustafayev, Elnur Məmmədov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudovanın təmsil etdiyi yarışların 2-ci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçiriləcək.

Aprelin 14-də isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti