...

Rusiyalı gimnast: Avropa çempionatnda mühit çox gözəldir

İdman Materials 15 Aprel 2018 14:29 (UTC +04:00)
Milli Gimnastika Arenası çox xoşuma gəldi, yarışları çox gözəl və rəngli keçir
Rusiyalı gimnast: Avropa çempionatnda mühit çox gözəldir

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenası çox xoşuma gəldi, yarışları çox gözəl və rəngli keçir.

Bunu Trend-ə Bakıda keçirilən Avropa çempionatında ikili mini-batut yarışlarında qızıl medal qazanmış rusiyalı gimnast Dana Sadkova deyib.

O bildirib ki, yarışdan əvvəl çox iş görülüb:

"Bizdə hər şey alındı. Yarışda mühit də çox gözəldir. Bakıya birinci dəfə gəlmişəm, deyə bilərəm ki, möhtəşəm şəhərdir."

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti