...

Qur-Qur yenidən Bakıda (FOTO/VİDEO)

İdman Materials 26 Aprel 2018 12:51 (UTC +04:00)
Bakıda tamaşaçıların sevimlisinə çevrilmiş maskot Qur-Qur yenidən tamaşaçıların qarşısına çıxacaq.
Qur-Qur yenidən Bakıda (FOTO/VİDEO)

Bakı. Ənvər Məmmədli - Trend:

Bakıda tamaşaçıların sevimlisinə çevrilmiş maskot - amerikalı peşəkarlar Barri Anderson və Skott Hesinqton tərəfindən canlandırılan Qur-Qur adlı qurbağa yenidən tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat veriblər.

B.Anderson və S.Hesinqton 27-29 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kubokunda tamaşaçıları bir daha əyləndirəcək.

Qeyd edək ki, Qur-Qur Bakıda batut gimnastikası üzrə Avropa çempionatında özünü tamaşaçılara sevdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti