...

Tamaşaçı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku layiqincə təşkil olunub

İdman Materials 27 Aprel 2018 16:14 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kubokunu canlı görmək böyük uğurdur
Tamaşaçı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku layiqincə təşkil olunub

Bakı. Cani Babayeva - Trend:

“Bədii gimnastika üzrə Dünya Kubokunu canlı görmək böyük uğurdur”.

Bunu Trend-ə tamaşaçı Olqa Babayeva deyib.

O bildirib: “Mən bədii gimnastika üzrə yarışlara baxmağı çox xoşlayıram. Bu cür iri tədbirə üçüncü dəfədir ki, gəlirəm və deyə bilərəm ki, hər şey çox yaxşı, layiqincə təşkil olunub”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti