...

Tamaşaçı Dünya Kubokunun təşkilatçılığına görə Gimnastika Federasiyasına təşəkkür edib

İdman Materials 27 Aprel 2018 18:20 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku kimi yarışlara baxmağa çalışıram, çünki mənim qızım da bu idmanla məşğul olur.
Tamaşaçı Dünya Kubokunun təşkilatçılığına görə Gimnastika Federasiyasına təşəkkür edib

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku kimi yarışlara baxmağa çalışıram, çünki mənim qızım da bu idmanla məşğul olur.

Bunu Trend-ə tamaşaçı Səbinə Tarverdiyeva deyib.

S.Tarverdiyeva bildirib ki, yarışların təşkilatçılığı çox yüksək səviyyədədir: “Xarici qonaqlardan razı qaldıqlarını eşitmək çox xoşdur”.

Yarışlarda Azərbaycan gimnastlarına uğurlar və qələbələr arzulayan tamaşaçının sözlərinə görə, açılış mərasiminə mütləq baxacaq.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti