...

Fernando Alonso: Bakı trasında avtomobil idarə etmək rahatdır

İdman Materials 28 Aprel 2018 11:58 (UTC +04:00)
Bakı trasında avtomobil idarə etmək rahatdır.
Fernando Alonso: Bakı trasında avtomobil idarə etmək rahatdır

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən gün təlimlərdən çox razı qaldım, Bakı trasında avtomobil idarə etmək rahatdır və şəhər translarında döngələrdə hərəkətə keçmək üçün əminlik olmalıdır.

Trend-in məlumatına görə, bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində McLaren komandasının pilotu Fernando Alonso deyib.

F.Alonso bütün sektorlarda avtomobili yaxşı idarə etdiyini bildirib. O, növbəti mərhələdə daha yaxşı nəticələr əldə edəcəyinə ümid etdiyini deyib: “Bu gün final təsnifatına çıxmaq üçün çox gərgin mübarizə gözlənilir. Ümid edirəm, bu dəfə onluğa düşə biləcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti