...

Moldova idmançısı: Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışların təşkilinə ciddi və məsuliyyətli yanaşır

İdman Materials 28 Aprel 2018 18:07 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası beynəlxalq gimnastika yarışlarının təşkilinə ciddi və məsuliyyətli yanaşır.
Moldova idmançısı: Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışların təşkilinə ciddi və məsuliyyətli yanaşır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq gimnastika yarışlarının təşkilinə ciddi və məsuliyyətli yanaşır.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən moldovalı idmançı Anastasiya Zakrevşi deyib.

Onun sözlərinə görə, bu onun ikinci Dünya Kuboku turniridir və burada yaxşı çıxış edib: "Bakıda ilk dəfədir oluram və turnirin təşkilinə olan yanaşmaya heyranam - hər şey çox ciddi və məsuliyyətlə həyata keçirilir".

Moldova idmançısı bildirib ki, Dünya Kubokundan bir həftə əvvəl Bakıda toplanışda olub: "Çempionata hazırlaşırdım və deyə bilərəm ki, Azərbaycan Gimnastika Federasiyasının hər şeyə belə peşəkarlıqla yanaşmasından şok oldum".

Gimnast deyib ki, onu xalça üzərinə Azərbaycan məşqçisi Jalə Qaratova çıxaracaq, yarışmada isə məşqçisi hakimlərdir:

"Qısa müddətə baxmayaraq, biz ümumi dil tapdıq. Jalə xanımdan çox razıyam".

Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti