...

Bakıda Formula 2-də ikinci yarışın qalibləri məlum oldu (YENİLƏNİB) (FOTO)

İdman Materials 29 Aprel 2018 14:17 (UTC +04:00)
Bakıda FIA Formula 2 sinfində ikinci yarış başlayıb.
Bakıda Formula 2-də ikinci yarışın qalibləri məlum oldu (YENİLƏNİB) (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda FIA Formula 2 sinfində ikinci yarış başa çatıb.

Trend-in məlumatına görə, Bakının küləkli havasında gərgin keçən mübarizədə "ART Grand Prix"dən britaniyalı Corc Rassel yarışın qalibi olub.

İknici yeri "Carlin"dən braziliyalı Serxio Sette Kamara, üçüncü yeri isə "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries tutub.

X X X

13:15

Bakıda FIA Formula 2 sinfində ikinci yarış başlayıb.

Trend-in məlumatına görə, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 45 dəqiqə ərzində 21 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Ötən gün 29 dövrəlik birinci yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə isə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Bu gün Qran Prinin qalibi məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti