...

Azərbaycanlı gənc Avropa çempionu oldu

İdman Materials 22 May 2018 10:21 (UTC +04:00)
Rusiyanın Moskva şəhərində uşu üzrə 17-ci Avropa çempionatı başa çatıb.
Azərbaycanlı gənc Avropa çempionu oldu

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Rusiyanın Moskva şəhərində uşu üzrə gənclər arasında 17-ci Avropa çempionatı başa çatıb.

Trend-in məlumatına görə, mayın 14-dən 20-dək davam edən çempionatda 36 ölkə təmsil olunub.

Azərbaycanı isə 8 idmançı təmsil edib.

5 gün davam edən yarışda komandamız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Komandamıza yeganə qızıl medalı həmyerlimiz, 56 kq çəki dərəcəsində Səfəralı Məmmədrzayev qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti