...

Qurban Qurbanov: "Bizi maraqlı oyun gözləyir"

İdman Materials 4 İyun 2018 18:17 (UTC +04:00)
"Bizi maraqlı oyun gözləyir".
Qurban Qurbanov: "Bizi maraqlı oyun gözləyir"

Bakı. Trend:

"Bizi maraqlı oyun gözləyir". Trend-in məlumatına görə, bunu millimizin baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək Qazaxıstan-Azərbaycan yoldaşlıq oyunu öncəsi deyib.

Q.Qurbanov qeyd edib: "Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq".

Baş məşqçi bildirib ki, Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq: "Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti