Bakı. Trend:
Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın dördüncü gününə E qrupunda yer alan Braziliya və İsveçrə yığmalarının qarşılaşması yekun vurub.
Oyuna ardıcıl hücumlarla başlayan Braziliya yığması artıq 20-ci dəqiqədə Koutinionun qolu ilə hesabda önə çıxıb - 1:0.
Oyunun 50-ci dəqiqəsində İsveçrə yığması S.Tsuberin qolu ilə hesabı bərabərləşdirib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.