Bakı. Trend:
Futbol üzrə Seneqal və Yaponiya yığmaları Rusiyada keçirilən Dünya Çempionatı çərçivəsində qrup mərhələsinin ikinci turunun matçında heç-heçə ediblər.
Trend-in məlumatına görə, Yekaterinburqda keçirilən görüşdə hesab 2:2 olub.
Seneqalın heyətində qolları 11-ci və 71-ci dəqiqələrdə Sadio Mane və Musa Vaqe vurublar.
Yaponiya yığmasının qollarını isə 34-cü dəqiqədə Takasi İnui və 78-ci dəqiqədə Keysuke Honda vurublar.