Bakı. Trend:
Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bürünc medallar uğrunda görüş keçirilib.
Trend-in məlumatına görə, bürünc medallara sahib olmaq üçün Belçika və İngiltərə yığmaları üz-üzə gəlib.
Oyunun 4-cü dəqiqəsində Toma Mönye Belçika yığmasını hesabda önə keçirib - 1:0. Oyunun sonların Eden Azar oyundakı sonuncu qolu vuraraq hesabdakı fərqi 2-yə çatdırıb - 2:0.
Beləliklə, Belçika yığması tarixində ilk dəfə Dünya Çempionatının bürünc medallarına sahib olub.