...

Alisson rekord qiymətə "Roma"dan "Liverpul"a keçib

İdman Materials 20 İyul 2018 02:50 (UTC +04:00)
İngiltərənin "Liverpul" klubu İtaliyanın "Roma" klubunun qapıçısı Alison Bekeri rekord qiymətə transfer edib
Alisson rekord qiymətə "Roma"dan "Liverpul"a keçib

Bakı. Trend:

İngiltərənin "Liverpul" klubu İtaliyanın "Roma" klubunun braziliyalı qapıçısı Alison Bekeri rekord qiymətə transfer edib.

Trend-in məlumatına görə, bu barədə "Roma" klubunun mətbuat xidməti xəbər verir.

Transferin qiyməti 72,5 milyon avro təçkil edib. "Roma" onlardan 62,5 milyon avro birbaşa, 10 milyon avro isə bonus şəkilində alacaq.

Daha əvvəl Britaniyanın "The Times" bildirib ki, braziliyalı qapıçı ilə "Liverpul" klubu arasında 6 illik müqavilə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti