...

Daha bir çempionatda VAR tətbiq olunacaq

İdman Materials 2 Avqust 2018 03:21 (UTC +04:00)
VAR sistemi Liqa 1-də tətbiq olunacaq
Daha bir çempionatda VAR tətbiq olunacaq

Bakı. Tural Turan - Trend:

VAR sistemi Fransa çempionatında, Liqa 1-də tətbiq olunacaq. Trend-in məlumatına görə, VAR çempionatın bütün matçlarında, Fransa Kuboku və Liqa Kuboku turnirlərində dörddə bir final mərhələlərində istifadə ediləcək.

İlk dəfə olaraq sistemdən 10 avqustda keçiriləcək Liqa 1-in birinci turunda “Marsel” – “Tuluza” matçında istifadə ediləcək.

Xatırladaq ki, daha əvvəl İtaliya, Almaniya və Portuqaliya çempionatlarında VAR tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti