Bakı. Tural Turan - Trend:
İtaliyanın “İnter” klubu Fransanın “Monako” klubundan seneqallı yarımmüdafiəçi Keyta Baldeni transfer edib. Trend-in məlumatına görə, “İnter” futbolçunu bir illik satın alma hüquqi ilə icarəyə götürüb.
Tranferin 30 milyon avro təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, ötən mövsümdə Balde “Monako”nun heyətində 33 oyunda forma geyinib. 8 qol vurub və 11 məhsuldar ötürmə verib.