...

Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış ediblər

İdman Materials 20 Avqust 2018 16:25 (UTC +04:00)
Qrup hərəkətləri komandamız Dünya Kubokunun finalında çıxış edib.
Azərbaycan gimnastları Dünya Kubokunun finalında çıxış ediblər

Bakı. Trend:

Belarusun Minsk şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 39 ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 8-ci olaraq qərarlaşıb.

Komandamız, həmçinin hər iki kompoziya ilə final mərhələsinə keçməyi bacarıb.

Qızlarımız 5 halqa ilə final çıxışlarına görə 19.800 xal alaraq 6-cı, 3 top – 2 ip ilə kompozisiyaya görə isə 5-ci yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti